13.X.2022- ci il tarixdə b/m. Allahverdiyeva Raziyyə Qiyas qızının Təsviri incəsənət müəllimliyi ixtisası I kurs tələbələrinə “Fırlanma oxuna malik 3 gips həndəsi cisimdən ibarət natürmort rəsmi” mövzusunda açıq dərsi keçirildi.

13 oktyabr  2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Allahverdiyeva Raziyyə Qiyas qızsının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəsm” fənnindən “Fırlanma oxuna malik 3 gips həndəsi cisimdən ibarət natürmort rəsmi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin decani, prof.M.S.Quliyev., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 6 nəfər iştirak  edirdi.

Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.  Müəllim izahını video görüntülərlə izah edirdi.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.