13.X.2022-ci il tarixdə dos.İmanov Rizvan Məhəmmədəli oğlunun açıq dərsi keçirildi

13 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  İmanov Rizvan Məhəmmədəli  oğlunun  “Bərk cisimlər fizikası” fənnindən  “Miller indeksləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU rektorunun nümayəndəsi  dos.Ü.Əfəndiyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev.,  dekan müavini dos.E.X.İsmayılov.,  b/m.S.X.Musayev.,  b/m.E.M.Məmmədov.,  müəl.İ.A.Seyidova iştirak edirdilər.

Dos.R.M.İmanov  açıq dərsdə  iştirak edən professor – müəllim heyəti üzvlərini salamladıqdan  sonra kompyuter texnikasından, video – materiallardan   istifadə etməklə mövzunu  tələbələrə  hərtərəfli izah  etdi. Bu zaman tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlarla geniş kommunikativ  əlaqələr yaradırdı.

Dərs ümumiyyətlə interaktiv təlim metodundan istifadə etməklə keçdi. Müəllimin bütün sənədləri yüksək səviyyədə tətrib olunmuşdur.

Açıq dərsin sonunda  tələbələrin iştirakı ilə  müzakirə keçirildi və açıq dərs 31 balla “əla” qiymətləndirildi.