14.X.2022-ci il tarixdə b/m.Hacıyeva Bahar Sabir qızının IV kurs “Texnologiya müəllimliyi” ixtisasında açıq dərsi keçirildi

14 oktyabr  2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının texnika üzrə fəlsəfə doktoru, b/m. Hacıyeva Bahar Sabir qızının IV kurs “Texnologiya  müəllimliyi” ixtisasında “Texniki termodinamika” fənnindən “Termodinamikanın Birinci  qanunu”  mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə  GDU rektorunun nümayəndəsi  dos.Y.B.Namazov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov.,  b/m.M.Ş.Sadıxova., .,  b/m.T.Z.Verdiyeva iştirak edirdilər. B/m.B.S.Hacıyeva  açıq dərsdə  iştirak edən professor – müəllim  heyəti üzvlərini salamladıqdan  sonra kompyuter texnikasından, video – materiallardan   istifadə etməklə mövzunu  tələbələrə  hərtərəfli izah  etdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.