26.X.2022-ci il tarixdə b/m.E.M.Həsənovanın “Təsviri incəsənət müəllimliyi” ixtisasının IV kurs tələbələrinə “Vitraj” fənnindən açıq dərsi keçirildi.

26.X.2022-ci il tarixdə Təsviri incəsənət kafedrasının baş müəllimi Emilya Məmməd qızı Həsənovanın “Vitraj” fənni üzrə IV kurs tələbələri ilə “Süjetli kompozisiya (süjetlərin rənginə uyğun materialın seçilməsi və işə başlaması)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.Namazov Y.B., Təsviri incəsənət kafedrasının müdiri, prof.M.M.Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən: b/m. Ə.P.Məhərrəmov., müəl.Aybəniz Məmmədova., müəl.Ayşə Məmmədova iştirak edirdilər.

Dərsin təşkilati hissəsi normal idi. Dərsdə müasir kommunikasiya texnikasından istifadə edilirdi. Slayd vasitəsilə Vitrajın işlənmə nümunələri nümayiş etdirilirdi. Tələbələr Vitrajın işlənməsi üçün lazım olan materialları gətirmişdilər və çox həvəslə yerinə yetirirdilər.

Ümumiyyətlə dərs yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.