Category Archives: Xəbərlər

ELMİ KONFRANS

10 iyun 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetində Ulu öndər H.Əliyevin anadan olmasının 99 –cu ildönümünə həsr olunmuş Beynəlxalq  Elmi konfrans öz işinə başlamışdır. Konfransın açılış mərasimi Gəncə Dövlət Universitetinin 5-ci korpusunda keçirilmişdir. Açılış mərasimində Gəncə şəhər icra  hakimiyyətinin başçısı cənab N.Bayramov, GDU – nun rektoru prof.Y.Ə.Yusibov və konfransa dəvət olunan qonaqlar çıxış

Daha ətraflı

Yaz sessiyasına start verildi

1 iyun  2022- ci il tarixdən  Gəncə Dövlət Universitetində 2021-2022-ci tədris ilinin yaz  semestrinin imtahan sessiyası başladı.  6 iyun 2022-ci il tarixdən isə Fizika və texniki fənlər fakültəsində qabiliyyət imtahanlarına start verildi. Tələbələrin biliyinin qiymətləndirilməsi şəffaf və obyektiv keçirilir.

4 iyun 2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin müəl. Kazımova Aygün İsgəndər qızı, b/müəl.Kazımova Xəyalə Eyvaz qızı və bir qrup tələbələrlə birgə növbəti dəfə Gəncə şəhər Körpələr evinin qonağı olublar. Həyat sevgini, təbəssümu, xoş niyyəti paylaşdıqca daha gözəl olur. Soyuq əllərin isti ürəklərinə, üzlərindəki təbəssümə vəsilə olan hər kəsdən Allah

Daha ətraflı

1 İYUN-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü  (ing. International Children’s Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı” nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq

Daha ətraflı

28 MAY RESPUBLİKA GÜNÜ

28 MAY RESPUBLİKA GÜNÜ 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam

Daha ətraflı

ELMİ ŞURA- 25.05.2022

B İ L D İ R İ Ş 25  may 2022– ci   il tarixdə saat   11 00 – da  Gəncə  Dövlət  Universitetinin    Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçirildi 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında  (dekan, dekan müavini) Buraxılış işi,  magistrlik dissertasiyalarının başa çatdırılması və ilkin müzakirəsinin təşkili barədə məlumat.

Daha ətraflı

16.05.2022- ci il tarixdə b/müəl. Kazımova Xəyalə Eyvaz qızının “Təbiət materiallarının bədii tərtibatı” fənnindən “Təbiət materiallarından dekorativ kompozisiya ” mövzusunda açıq dərsi keçirildi.

16.05.2022- ci il tarixdə b/müəl. Kazımova Xəyalə Eyvaz qızının açıq dərsi keçirildi 16 may  2022- ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Kazımova Xəyalə Eyvaz   qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III2 qrup ixtisasında  “Təbiət materiallarınn bədii tərtibatı” fənnindən “Təbiət materiallarından dekorativ kompozisiya ” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Təsviri incəsənət kafedrasının

Daha ətraflı

Nə? Harada? Nə zaman?” intellektual oyun

Gənclər və idman nazirliyinin Gəncə Gənclər evinin, GDU  və Gəncə İntektual  klubunun  dəstəyi ilə “Vətən müharibəsi şəhidləri”nin xatirəsinə həsr olunmuş  “Nə? Harada? Nə zaman?” intektual oyun təşkil olunmuşdur. Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin bir qrup tələbələridə bu yarışmaya qoşularaq öz bilik və bacarıq səviyyələrini sınaqdan keçirmişlər. Tələbələrimizdən  təşkil olunmuş “Zəfər”, “Kəpəz”, “Eynşteyn”

Daha ətraflı

11.05.2022-ci il tarixdə b/m.E.Verdiyevanın “Rəsm” fənnindən “Yaddaşdan insan fiqurunun rəsmi. Rəsmin yerləşdirilməsi və qurulması” mövzusunda açıq dərsi keçirildi.

11 may 2022-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının b/m. Esmira Verdiyevanın “Rəsm” fənnindən “Yaddaşdan insan fiqurunun rəsmi. Rəsmin yerləşdirilməsi və qurulması” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 6 nəfər    iştirak  etdilər. B/M.

Daha ətraflı

11.05.2022-ci il tarixdə dos.R.M.İmanovun “Termodinamika və statistik fizika” fənnindən “Qeyri ideal qazın hal tənliyi” mövzusunda açıq dərsi keçirildi.

11 may 2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun III kurs fizika müəllimliyi ixtisasında “Termodinamika və statistik fizika” fənnindən “İdeal qazın hal tənliyi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof.M.S.Quliyev., kafedra müdiri dos.N.İ.Quliyev, fakültə TMŞ-nin sədri, dos.M.C.Tağıyeva., dos. R.K.Hüseynov., b/m.S.R.İmanova., b/m.S.X.Musayev., müəllimlər-

Daha ətraflı