12 MAY 2016 – cı ildə dos. ZİYAFƏT BAYRAMOVANIN AÇIQ DƏRSİ KEÇİRİLDİ.
Gəncə Dövlət Universitetinin Pedaqogika və Təhsilin əsasları kafedrasının dosenti Ziyafət Vilayət qızı Bayramovanın III (2) kurs Təsviri İncəsənət müəllimliyi ixtisasında “Təhsilin əsasları” fənnindən “Siyasətin hazırlanması. Mövcud vəziyyətin təhlili” mövzusunda açıq dərsi keçirildi.
Mövzuya aid plakat və slaytdan istifadə edilərək müəllimə tələbələrə geniş məlumat verdi.
Sonra yeni mövzuya aid sual – cavab apardı.
Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən qiymətləndirildi