5 Noyabr 2022- ci il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının b/m. Tağıyeva Saidə Abduləli qızının IV kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Texniki və bədii konstruksiyaetmə” fənnindən “Plastik kütlələrin emal metodları və modellərin plastik kütlələrdən hzırlanma üsulları” mövzusunda açıq dərsi keçirildi.
b/m.Tağıyeva S.A. açıq dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.