22 noyabr 2022-ci il tarixdə “Təsviri incəsənət” kafedrasının müəllimi Məmmədova Ayşə Elbrus qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Aksesuarların dizaynı” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Keyfiyyətin Təminatı Mərkəzinin nümayəndəsi Şirinova Leyla Mahir qızı və Nağıyeva Ülkər Sahib qızı., GDU- rektorluğunun səlahiyətli nümayəndəsi dos.Y.B.Namazov., Təsviri incəsənət kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 3 nəfər iştirak edirdilər.
Dərsin təşkilati hissəsi normal idi. Auditoriya baxanda hiss olunurdu ki, müəllim dərsə yaxşı hazırlaşıb. Həm kağız variantında həm də elektron variantında nümayiş etdirdiyi əyani vəsaitlər mövzuya uyğun idi. Dərs müasir tələblərə cavab verirdi. Kommunikasiya texnolofiyalarından yerində istifadə edirdi.
Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən qiymətləndirilərək “qənaətbəxş” qiymətləndirildi.