9.XII.2022- ci il tarixdə Fizika kafedrasının baş müəllimi İmanova Sevinc Ramazan qızının açıq dərsi keçirildi.

09 dekabr 2022- ci il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi İmanova Sevinc Ramazan qızının Riyaziyyat – informatika fakültəsinin II kurs “Riyaziyyat – müəllimliyi” ixtisasında “Fizika” fənnindən “Difraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini” mövzusunda açıq laboratoriya dərsi keçirildi.

Açıq dərasdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, Fakültə dekanının müavini dos.E.X.İsmayılov., dos.R.K.Hüseynov., b/m.E.M.Məmmədiov., müəl.T.T.Tahirova., İ.A.Seyidova iştirak edirdilər.

B/m.S.R.İmanova açıq dərsə tələbələrin yerinə yetirəcəkləri laboratoriya işi üzrə mövzunu əyani vasitələrdən, kompyuter texnikasından istifadə etməklə hərtərəfli və yüksək səviyyədə izah etdi. Bu zaman S.R.İmanova yüksək bilik və pedaqoji ustalıq nümayiş etdirdi. Mövzunun izahı zamanı S.R.İmanova tələbələrin fərdi psixoloji xüsusiyyətlərini nəzərə almaqla, onları sorğu – sualla mövzunun izahına cəlb edir, onlarla kommunikativ və konstruktiv əlaqələr qururdu.

Daha sonra tələbələrlə işin gedişini təkrarladıqdan sonra tələbələr müəllimin köməyi ilə işi yerinə yetirməyə başladılar. Onlar qırmızı, bənövşəyi və yaşıl işıq şüalarının dalğa uzunluğunu yüksək dəqiqliklə hesabladılar.Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi. Açıq dərsin yüksək səviyyədə aparıldığı qeyd olundu və açıq dərs 33 (otuz üç) balla “əla” qiymətləndirildi.