14 dekabr 2022- ci il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının b/m. Hüseynov Elbrus Cəlal oğlunun III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Avtomobil” fənnindən “Daxili Yanma Mühərrikinin yağlama və soyutma sistemləri” mövzusunda açıq mühazirə dərsi keçirildi.
Açıq dərsdə Fakültə dekanı prof.M.S.Quliyev., “ÜTF və texnologiya” kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.G.R.Əhədova., p.f.d.b/m.G.Q.Hüseynova., t.f.d. b/m.S.A.Tağıyeva iştirak edirdilər.
b/m.E.C.Hüseynov açıq dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi.
Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı. Müəllim izahını video görüntülərlə izah edirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.