15 dekabr 2022- ci il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının p.f.d.b/m. Hüseynova Gülbəniz Qurban qızının III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Texnologiya fənninin tədrisi metodikası” fənnindən “TƏLƏBƏLƏRİN İXTİSAS ÜZRƏ PEDAQOJİ TƏCRÜBƏSİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİNƏ DAİR TÖVSİYYƏLƏR” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə “ÜTF və texnologiya” kafedrasının müdiri dos.E.M.Cavadov., GDU-nun açıq dərslərə nəzarət komissiyasının üzvü dos.Y.B.Namazov., kafedranın professor- müəllim heyəti üzvlərindən dos.G.R.Əhədova., b/m.A.H.Əliyeva., b/m.T.Z.Verdiyeva iştirak edirdilər.
b/m.G.Q.Hüseynova açıq dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərsin qiyməti (29 balla) “əla” qiymətləndirildi.