02 mart 2023 – cü il tarixdə “ÜTF və texnologiya” kafedrasının texnika üzrə fəlsəfə doktoru, baş müəllim Tağıyeva Saidə Abduləli qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə “Konstruksiya materialları texnologiyası” fənnindən “Ərintilər nəzəriyyəsi. Ərintilərin hal diaqramı haqqında anlayış” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Magistratura şöbəsinin dekanı, dos.E.K.Yaqubov., ÜTF və texnologiya kafedrasının müdiri, dos. E.M.Cavadov., kafedranın professor – müəllim heyəti üzvlərindən: b/m-M.Sadıxova., b/m.B.S.Hacıyeva., tədris ustası – T.M.Hüseynova., lab.Ə.İsgəndərova iştirak edirdilər.
b/m.S.A.Tağıyeva ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. Əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs “Qənaətbəxş” qiymətləndirildi.