07 mart 2023-cü il tarxidə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin I(2) kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının “Molekulyar fizika” fənnindən “Molekulyar – kinetik nəzəriyyə. İdeal qaz. İdeal qaz qanunları. İdeal qazın əsas tənliyi” mövzusunda açıq seminar dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavinləri dos.E.X.İsmayılov., dos.M.C.Tağıyeva., Fizika kafedrasının müdiri N.İ.Quliyev., professor – müəllim heyəti üzvlərindən: b/m.E.M.Məmmədov., müəllimlər R.A.Abbasov., Ə.Y.Dəmirova iştirak edirdilər.
N.Ə.Verdiyeva açıq dərsin mövzusunu əyani vasitələrdən, kompyuter texnikasından istifadə etməklə tələbələrə geniş izah etdi. Bu zaman tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi. Daha sonra seminarın mövzu planına uyğun olaraq məsələ həlli metodikasının izahını verdi və tələbələrin iştirakı ilə mövzuya aid məsələlər həll edildi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 27 balla “əla” qiymətləndirildi.