12 aprel 2023- cü il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının p.f.d.baş müəllim Hüseynova Gülbəniz Qurban qızının II kurs “Texnologiya müəllimliyi” ixtisasında “Ağac məmulatının hazırlanma texnologiyası” fənnindən “Oduncağın mexaniki emalı üzrə əsas əməliyyatlar” mövzusunda açıq dərsi keçirildi.
b/m.Hüseynova Gülbəniz dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 27 balla “əla” qiymətləndirildi.