14.06.2016 – cı il tarixində ÜTF və texnologiya kafedrasının baş müəllimi Afət Həmid qızı Əliyevanın Texnologiya müəllimliyi ixtisasının III qrupunda “Kulinariya” fənnindən açıq dərsi keçirildi.
Dərsin mövzusu “İsti və soyuq içkilərin hazırlanması” idi.
Açıq dərsdə kafedra müdiri dos.E.M.Cavadov, kafedranın professor – müəllim heyəti – dos.M.Yusifov, dos.M.T.Nağıyev və tədris ustası Tünzalə Hüseynova iştirak etmişlər.
İlk növbədə müəllim keçmiş mövzu haqqında tələbələrə suallar verərək yeni mövzuya keçid etdi. Mövzu ilə bağlı plakatlardan və slaytdan istifadə edərək dərs haqqında geniş məlumat verdi.
Sonra yeni mövzuya aid sorğu apardı.
Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətləndirildi