25 aprel 2023- cü il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsinin II kurs “fizika müəllimliyi” ixtisasında “Elektrodinamika” fənnindən “Elektromaqnit induksiya qanununun diferensial şəkli. Vakuum üçün Maksvell tənlikləri sistemi. Elektromaqnit sahəsi üçün enerjinin saxlanması qanunu” mövzusunda Fizika kafedrasının dosenti Yəhya Binnət oğlu Namazovun açıq mühazirə dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., Fakültə dekanının müavini dos.M.C.Tağıyeva iştirak edirdilər.
dos.Y.B.Namazov açıq dərsin mövzusunu kompyuter texnikasından əyani vasitələrdən istifadə etməklə tələbələrə izah etməyə başladı. Mövzunun izahı zamanı o, tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb edir və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 33 balla “əla” qiymətləndirildi.