12 may 2023-cü ildə Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrası ilə Azərbaycan Texnologiya Universitetinin “Maşın mühəndisliyi və logistika” kafedrası arasında “Maşınqayırmada, nəqliyyatda və logistikada innovasiya texnologiyaları” diskussiyası çərçivəsində “Maşın mühəndisliyi və logistika” kafedrasının müdiri, dosent Şakir Əliyevin və “ÜTF və texnologiya” kafedrasının müdiri, dos. E.M.Cavadovun moderatorluğu ilə elmi seminar keçirilmişdir. Seminarda “Maşın mühəndisliyi və logistika” kafedrasının baş müəllimi İlham Qədimov “Yüngül sənaye sahələrində kompleks standartlaşdırma” mövzusunda, “ÜTF və texnologiya” kafedrasının müəllimi Elgün Həsənova “Avtomobil hissələrinin zədələnməsi və təmiri” mövzusunda çıxış etdi.
Elmi seminarda Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin müdiri, “ÜTF və texnologiya” kafedrasının dosenti E.K.Yaqubov, dos. M.Q.Yusifov, dos. G.R.Əhədova, b/m, t.f.d M.Ş.Sadıxova, b/m, t.f.d B.S.Hacıyeva, b/m, t.f.d T.Z.Verdiyeva, b/m E.C.Hüseynov və s. eləcə də Azərbaycan Texnologiya Universitetinin “Maşın mühəndisliyi və logistika” kafedrasının əməkdaşları iştirak etdilər.
Sonda kafedra müdirləri, dosent Elçin Cavadov və dosent Şakir Əliyev belə seminarların keçirilməsinin vacib olduğunu vurğulayaraq iştirakçıları maraqlandıran suallara cavab verdilər. Qərara alındı ki, seminarların davamlılığı təmin edilsin, həmçinin kafedralarda aparılan tədqiqatlarla bağlı qarşılıqlı məlumatlandırma, müəllim-tələbə mübadiləsi həyata keçirilsin və birgə elmi konfranslar təşkil edilsin.