Azərbaycan dili kafedrasının baş müəllimi Firduz Məmmədova Təsviri incəsənət müəllimliyi ixtisasının I kursunda Azərbaycan dilində “işgüzar və akademik kommunikasiya” fənnindən keçdiyi dərsdə maraqlı bir eksperiment həyata keçirmişdir. Belə ki, müəllim dərs dediyi tələbələrə “Azərbaycan dilində əsas kommunikasiya vasitələri olan verbal, qeyri – verbal və paraverbal nitq” mövzusuna uyğun olaraq belə bir tapşırıq vermişdir.
Bəxtiyar Vahabzadənin “Küsüb məndən” şeirinə əsasən təsvirlər yaradın. Tələbələr verbal, qeyri – verbal və paravebral nitq elementlərinə dair əyani, məntiqi düşüncə ilə təsvir nümunələri yaratmışlar. Şeirdən bir parçaya həsr etmişlər:
Sən gizlədib gül üzünü
Gəl qaraltma gündüzümü
Söz eyləyib hər sözümü
Küsüb barışanım mənim