18 oktyabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV(2) kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun “Bərk cisimlər fizikası” fənnindən “ Müller indeksləri. Üçölçülü fəza qrupları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika fakültəsinin dekan müavini, dos.E.X.İsmyılov., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov., dos.S.P.İsgəndərova., b/m.f.f.d. İmanova S.R.., b/m.E.Məmmədov iştirak edirdilər.
Dos.R.M.İmanov problemli təlim və interaktiv təlim metodlarından istifadə edərək dərsi izah etdi. O, tələbələrin fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, kommunikativ və konstruktiv əlaqələr quraraq tələbələrin fəallığına nail oldu.
Açıq dərsin sonunda müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.