Kollektivimizin iştirak etdiyi tədbir 28 sentyabr 2016 – cı il tarixdə Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Gəncədə keçirilən tədbir olmuşdur.
Beynalxalq Bakı forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Bolqarıstran Respublikasının vitse prezidenti hörmətli xanim Marqarita Popova bir gun Gəncədə olmuşdur. Fakultəmizin tələbələri: IV kurs tələbəsi Anar Məmmədov, II kurs tələbələri Aygül Vəzirova və Xədicə Əliyeva, III kurs Cəmilə Nağıyeva keçirilən tədbirlərdə iştirak etmişlər. Gəncə şəhər icra hakimiyyətinin başcisi hörmətli Elmar Vəliyev yüksək vəzifəli qonaqla, Heydər Əliyev park kompleksində, Məhsəti Gəncəvi mərkəzində, Gəncə çay bulvar kompleksində, ”Asan Xidmət” mərkəzində olmuşlar. Tədbirdə iştirak edən tələbələrimiz xanım M.Popova ilə çəkdirdiyi xatirə fotosunda yer almışlar.