16 noyabr 2023-cü il tarixdə “Təsviri incəsənət” kafedrasının baş müəllimi Həsənova Emilya Mamed qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “Təsviri incəsənətin tədrisi metodikası” fənnindən “Yapma məşğələsi üçün planvə icmalın hazırlanması” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi dos.Y.B.Namazov., Təsviri incəsənət kafedrasının müdiri prof. M.Məmmədov., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.Hüseynov Akif Əlirza oğlu, b/m.Məhərrəmov Əbülfət Paşa oğlu., b/müəl. –Kazımova Xəyalə Eyvaz qızı., Müəl.Məmmədova Ayşə iştirak etdilər.
Müəllimə dərsə yaxşı hazırlaşmışdı. Müəllimin açıq dərsə aid sənədləri yerində idi. Dərsə aid lazımi slaydlar, əyani vəsaitlər və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Dərtsin izahı zamanı tələbələrlə geniş ünsiyyətdə oldu. Müəllim izahını video görüntülərlə müşayət edirdi.
Müəllimin fəaliyyətini nəzərə alaraq tələbələr və müəllim heyəti tərəfindən açıq dərs qəbnaətbəxş qiymətləndirildi.