Gəncə Dövlət Universiteti ilə Gəncə Şəhər Təhsil İdarəsi və M.C.Paşayev adına 39 saylı tam orta məktəb arasında imzalanan müqaviləyə əsasən GDU – nun Fizika kafedrasının dosenti Rizvan Məmməməli oğlu İmanovun 27 oktyabr 2016 –cı il tarixdə 39 saylı tam orta məktəbin X4 sinfində Fizika fənnində “Kütlə və qüvvə. Nyutonun II və III qanunları” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə GDU – nun Təcrübə və karyera şöbəsinin müdiri dos.M.Məmmədov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., professor – müəllim heyəti üzvlərindən dos.R.K.Hüseynov, dos.M.C.Tağıyeva., b/m.S.O.Məmmədova., b/m.L.Ə.Rzayeva., b/m.S.K.Rüstəmova., müəllim R.A.Abbasov., fənn müəllimi Əbilova Rəsmiyyə və GDU – nun fizika müəllimliyi ixtisasının həmin məktəbdə pedaqoji təcrübə keçən 12 nəfər IV kurs tələbələri iştirak etmişlər.
Dos. R.M.İmanov açıq dərsi, əvvəlki mövzunu tələbələrlə birlikdə müzakirə ilə başladı. Köhnə mövzu barədə tələbələri maraqlandıran suallara cavab verdi. Daha sonra müasir texniki vasitələrdən istifadə etməklə, yeni mövzunu izah etdi.
Açıq dərsdən sonra, açıq dərsdə iştirak edən müəllim, tələbə və şagirdlərin iştirakı ilə müzakirə aparıldı və dos.R.M.İmanov verilən sualları cavablandırdı.