HƏMKARLAR TƏŞKİLATININ HESABAT SEÇKİ İCLASI KEÇİRİLDİ

13.02.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər  fakültəsinin Həmkarlar Təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir.

İclasda Gəncə Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri A.Qasımova, Fizika və texniki fənlər  fakültəsinin əməkdaşları iştirak etdilər. İclas Fizika və texniki fənlər  fakültəsinin dekanı prof.. M.S.Quliyevin  sədrliyi altında keçirilmişdir. Dos.M.C.Tagıyeva iclasın katibi seçilmişdir.

Gündəlik   məsələlər:

1. Fizika və  texniki fənlər  fakültəsinin Həmkarlar   təşkilatının sədri dos.R.K.Hüseynovun   hesabatı

2. Fizika və  texniki fənlər fakültəsi  Həmkarlar təşkilatının yeni  heyətinin seçilməsi.

3. Fizika və  texniki fənlər fakültəsi  Həmkarlar təşkilatının yeni  sədrinin seçilməsi.

Fizika və texniki fənlər  fakültəsinin Həmkarlar Təşkilatının sədri R.K.Hüseynovun  müvafiq dövr üçün gördüyü işlər haqqında hesabatı dinlənildi.

Prof.M.S.Quliyev., prof.M.M.Məmmədov., dos. E.M.Cavadov., dos.Y.B.Namazov,  çıxış edərək keçən dövr ərzində R.K.Hüseynovun  gördüyü işləri yüksək qiymətləndirdilər.

Gəncə Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri dos.Qasımova A. çıxış edərək R.K.Hüseynovun  keçən dövr ərzindəki hesabatını qənaətbəxş hesab etdi. Həmkarlar təşkilatının keçən dövr ərzində gördüyü işlər və qarşıda duran məsələlər haqqında iclas iştirakçılarına geniş məlumat vermişdir.

İclasda adları aşağıda qeyd olunanlar Fizika və texniki fənlər  fakültəsinin Həmkarlar təşkilatının yeni heyətinə seçilmişlər:

Hüseynov Rasim Köçəri oğlu

Həmzəyeva Aysel Yunis  qızı

Əliyeva Afət Həmid  qızı

Kazımova Xəyalə Eyvaz  qızı

Abdullayev Sabir Müseyib oğlu

Heyət üzvləri yekdilliklə R.K.Hüseynovun  Fizika və texniki fənlər  fakültəsinin Həmkarlar təşkilatının sədri seçmişlər.