26 fevral 2024 – cü il tarixdə Fizika kafedrasının dosenti Quliyev Niyazi İlyas oğlunun Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə “Bioloji sistemlər fizikası” fənnindən “Maye axınının kəsilməzliyi qanunu və onun qan damar – sisteminə tətbiqi” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə fakultə dekanı prof. M.S.Quliyev, Fizika kafedrasının müdiri dos. Y.B.Namazov, dos Z.Zeynalov, dos V.Rüstəmov, dos R.İmanov, dos S.İsgəndərova, p.f.d S.Rüstəmova, f.f.d A.Həmzəyeva, müəl. Ə.Dəmirova iştirak etmişlər.
Dos N.Quliyev kommunikativ və konstruktiv əlaqələr qurmaqla dərsi qurdu. Yeni texniki təlim vasitələrindən istifadə etdi.
Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq “əla” qiymətləndirildi.