01.03.2024-cü il tarixdə “ÜTF və texnologiya” kafedrasının müəllimi Elgün Elbəy qızı Həsənovanın “Texnologiya müəllimliyi” ixtisasının I kursunda “Konstruksiya materaillarının texnologiyası” fənnindən “Metalların dartınmaya sınanması” mövzusunda açıq dərsi keçirildi.

01.03.2024-cü il tarixdə “Respublika” qəzetinin 11 yanvar 2024-cü il tarxidə dərc olunmuş elana əsasən “ÜTF və texnologiya” kafedrasında boş olan müəllim yerini tutmaq üçün ərizə vermiş “ÜTF və texnologiya” kafedrasının müəllimi Elgün Elbəy qızı Həsənovanın “Texnologiya müəllimliyi” ixtisasının I kursunda “Konstruksiya materaillarının texnologiyası” fənnindən “Metalların dartınmaya sınanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsin mövzusu 10 mövzu içərisindən püşkatma yolu ilə seçilmişdir.

Açıq dərsdə fakültə dekanı, prof.M.S.Quliyev., kafedra müdiri, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov., Magistratura şöbəsinin müdiri, “ÜTF və texnologiya” kafedrasının dosenti E.K.Yaqubov, dos.G.R.Əhədova., dosent (attestatsız) M.Ş.Sadıxova., b/m.S.A.Tağıyeva., b/m.E.C.Hüseynov., kafedranın II kurs üzrə magistri S.Ş.Əhmədova iştirak edirdilər.

Fənn müasir təlim texnologiyalarının vasitəsi ilə keçirildi.

Açıq dərsdən sonra dərsin müzakirəsi oldu. Müzakirədə prof.M.S.Quliyev., dos.E.K.Yaqubov., b/m.E.C.Hüseynov., dos.G.R.Əhədova., b/m.G.Q.Hüseynova çıxış edərək bildirdilər ki, müəllimə dərsdə slaydlardan, eyni zamanda video görüntülərdən istifadə edərək mövzunun tələbələrə əyani şəkildə çatdırılmasına nail oldu.

Açıq dərs “yaxşı” qiymətləndirildi.