5 mart 2024- cü il tarixdə “Texnologiya müəllimliyi” ixtisasının I(1) qrupunda b/m. Əliyeva Afət Həmid qızının “Kulinariya” fənnindən “Sousların hazırlanması texnologiyası” mövzusunda aççıq dərsi keçirildi.
Açıq dərsdə fakültənin dekanı, prof.M.S.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi, dos.E.M.Cavadov., kafedra əməkdaşlarından b/m.S.A.Tağıyeva., b/m.T.Z.verdiyeva., müəl.İ.A.Seyidova., müəl.A.C.Məmmədzadə, kafedranın magistri S.Əhmədova iştirak edirdilər.
b/m.A.Əliyevanın dərsi müasir təlim texnologiyalarının vasitəsi ilə keçirildi. Açıq dərsdən sonra keçirilmiş dərsin müzakirəsi oldu. Müzakirədə fakültə dekanı, prof.M.S.Quliyev., b/m.S.A.Tağıyeva., b/m.T.Z.verdiyeva çıxış edərək bildirdilər ki, müəllim dərsdə slaydlardan, videoroliklərdən istifadə edərək sousların hazırlanması texnologiyasını tələbələrə göstərdi. Göstərilən bütün texnoloji proseslər müəllim tərəfindən ətraflı izah olundu. Tələbələr lazımi avadanlıq və materiallardan istifadə edərək sous hazırladılar.
Açıq dərs “əla” qiymətləndirildi.