01.04.2024-cü il tarixdə fizika kafedrasının baş müəllimi Məmmədova Südabə Oqtay qızının Fizika müəllimliyi ixtisasının 3(1) qrupunda”Orta məktəbdə fizikanın tədrisinin metodoloji əsasları”fənninin “Şifahi şərh metodları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. M.C.Tağıyeva., Fizika Kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Z.Zeynalov., dos.V.C.Rüstəmov., dos.N.İ.Quliyev., dos.S.P.İsgəndərova., müəl.R.A.Abbasov iştirak edirdilər.
Müəllim kommunikativ və konstruktiv əlaqələr quraraq ənənəvi və fəal təlim metodlarından istifadə etməklə mühazirəni dedi. O, müəllimin nitqinə verilən tələblərə etika qaydalarına, elmi məlumatların dəqiqliyi müasirliyi və eləcə də əhatəliliyi prinsipinə əməl edərək məqsədinə nail oldu.
Açıq dərs “əla” qiymətləndirildi.