22 noyabr 2016 –cı il tarixdə GDU – nin ÜTF və texnologiya kafedrasının dosenti Əhədova Gülçimən Rasim qızının IV kurs Texnologiya müəllimliyi ixtisasında “Metalkəsmə, kəsici alət və dəzgahlar” fənnində “Burğu və içyonma dəzgahlarında emal işləri ” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə kafedra müdiri dos.E.M.Cavadov, kafedranın professor – müəllim heyətindən – dos.R.Həsənov., dos.M.Yusifov., dos.Qarayev C.İ., b/müəl.S.Tağıyeva., b/müəl.G.Hüseynova., b/müəl.T.Verdiyeva., və Fizika və texniki fənlər fakültəsinin metodşurasının sədri prof. E.Mövsümov iştirak etmişlər.
Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirilmiş və açıq dərs 27 balla – “əla” qiymətləndirilmişdir.