10 oktyabr 2024-cü il tarixdə ÜTF və texnologiya kafedrasının b/m. t.f.d. Tağıyeva Saidə Abduləli qızının “Texnologiya müəllimliyi” II kurs tələbələrinə “Materialşünaslıq” fənnindən “Dəmir-karbon ərintilərinin hal diaqramı” mövzusunda açıq dərsi oldu.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.Y.B.Namazov., dos.C.İbrahimov., kafedranın professor – müəllim heyəti üzvlərindən 5 nəfər iştirak edirdilər.
Müəl. S.Tağıyeva dərsi müasir təlim texnologiyalarının vasitəsi ilə keçirdi. Açıq dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi.
Açıq dərs qənaətbəxş qiymətləndirildi.