11.X.2024- cü il tarixdə p.f.d.,b/m. Tağıyeva Ruqiyyə Akif qızının açıq dərsi keçirildi

11 oktyabr   2024- cü il tarixdə “Təsviri incəsənət”  kafedrasının p.f.d.,b/m. Tağıyeva Ruqiyyə Akif qızının  I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında  “Rəsm” fənnindən “Üç gips həndəsi cisimdən ibarət natürmort rəsmi (Rəsmin yerləşdirilməsi və qurulması mərhələsi)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.İ.İbrahimov, Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən: , b/m.Kazımova S.E.., b/m.Kazımova X.E.,  müəl. Məmmədova A.Ə.., müəl. A.E.Səfərova., müəl. A.E.Məmmədova iştirak  edirdilər.

b/m. R.A.Tağıyeva dərsin təşkilatı hissəsini  normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Müasir dərsə verilən tələblər demək olar ki, tamamilə ödənildi. Tədris prosesində müəllim həm elektron, həm də kağız formasında əyani vəsaitlərdən geniş istifadə edərək, lazım olan nəticələri əldə etdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş  qiymətləndirildi.