28 oktyabr 2024 – cü il tarixdə Fizika kafedrasının b/m. Musayev Seyfəddin Xəlil oğlunun Fizika müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə “Məktəb fizika kursunda test tapşırıqlarının həlli metodikası” fənnindən açıq dərsi olmuşdur.

28 oktyabr 2024 – cü il tarixdə Fizika kafedrasının b/m. Musayev Seyfəddin Xəlil oğlunun Fizika müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə “Məktəb fizika kursunda test tapşırıqlarının həlli metodikası” fənnindən “Fizika üzrə qrafik testlərin həlli metodikası” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, Fizika kafedrasının müdiri dos. Y.B.Namazov, Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva və kafedranın professor müəllim heyətindən dos.N.İ.Quliyev, dos.R.M.İmanov, müəl.T.T.Tahirova iştirak edirdilər.

b/m. Seyfəddin Musayev mövzuya uyğun ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mühazirəni başa çatdırdı, məqsədinə nail oldu.

Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq yüksək balla qənaətbəxş qiymətləndirildi.