05 dekabr 2024-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının t.f.d.baş müəllimi Hacıyeva Bahar Sabir qızının “Təsviri incəsənət müəllimliyi” ixtisasının III(1-2) kursunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənnindən açıq dərsi oldu.

05 dekabr 2024-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının t.f.d.baş müəllimi Hacıyeva Bahar Sabir qızının “Təsviri incəsənət müəllimliyi” ixtisasının III(1-2) kursunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənnindən “Elektrik təhlükəsizliyi məsələləri” mövzusunda açıq dərsi oldu.

Açıq dərsdə fakültənin dekanı, prof.M.S.Quliyev, GDU rektorunun səlahiyyətli nümayəndəsi, dos. Y.B.Namazov., ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., kafedranın əməkdaşlarından  b/m.t.f.d.M.Ş.Sadıxova., b/m. E.M.Məmmədov., b/m.E.C.Hüseynov., kab.müd.A.Məmmədova., tədris ustaları: M.Tağıyeva., S.Mehdiyeva., X.Əkrəfi iştirak etdilər.

b/m.Bahar Hacıyeva    açıq dərsə aid sənədlərini hazırlanmış fənn proqramları (qrifli), sillabus (yeni formada), mühazirə mətni və jurnalı komissiya üzvlərinə təqdim etdikdən sonra  müasir  slayddan, kompyuter texnikasından  əyani vasitələrdən istifadə etməklə mövzunu izah etdi. Mühazirənin gedişində tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb  edirdi. Bu zaman  tələbələrə verdiyi suallarda onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı.  Dərsə ayrılan vaxtda mövzunun tədrisi tam başa çatdı.

Açıq dərs qənaətbəxş qiymətləndirildi.