

13 dekabr 2024-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsinin IV kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının “Fizikanın tədrisinin müasir problemləri” fənnindən “Müasir fizika müəllimi hazırlığında kompetensiyanın formalaşdırılması, fizikanın tədrisində öyrənənlərin biliklərinin yoxlanması və təlim nəticəsinin müasir qiymətləndirmə texnologiyalarının tətbiqi problemi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov., professor – müəllim heyəti üzvlərindən 4 nəfər iştirak edirdilər.
müəl.N.Verdiyeva açıq dərsdə kompyuter texnikasından istifadə etməklə yeni mövzunu tələbələrə izah etdi. Bu zaman tələbələrlə kommunikativ əlaqələr quraraq, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla yeni mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrlə birgə müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.