Tələbə Elmi cəmiyyətinin “Böyük partlayış nəzəriyyəsi” mövzusunda elmi seminarı.

20.12.2024-cü il tarixində Gəncə Dövlət universitetinin Fizika və texniki fənlər fakultəsinin təşəbbüsü ilə Tələbə Elmi cəmiyyətinin “Böyük partlayış nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarda Fizika və texniki fənlər fakultəsinin dekanı Prof. M. Quliyev, Fizika kafedrasının müdüri Dos. Y. Namazov, Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova, Fizika kafedrasının Professor Müəllim Heyəti və fakultənin tələbələri iştirak etmişdir. Seminarda Fizika və texniki fənnlər fakultəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Məmmədov Əli İlham oğlu, Məmmədli Ülviyyə Vəli qızı, məqalələri ilə çıxış etmişdirlər. Elmi seminarın mövzüsü aktual olduğundan tələbələrin böyük marağına səbəb olmuşdur. Seminarın sonunda seminarda iştirak edən tələbələrə TEC tərəfindən sertifikatlar təqdim olunmuşdur.