
AZAL sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan təyyarə Qazaxıstanda Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. 30-dan çox adam həlak olub.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Qəzada həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların, yaralananların yaxınlarına, doğmalarına səbir diləyirik.