Gəncə Dövlət Universitetində imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib. 

Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova,  “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.

Mediatur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahanlara ictimai baxış keçiriblər. Bununla yanaşı imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.

6 yanvar 2025-ci il tarixdə başlayan  imtahan sessiyası 31 yanvar tarixində yekunlaşacaqdır.