Payız semestrinin imtahan sessiyası davam edir.

Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Universitetdə yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb. 23 yanvar 2025-ci il tarixdən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur.

  İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib.

 İmtahan sessiyasının 31 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur.