NÖVBƏTİ ELMİ SEMİNAR- 06.02.2025

06 fevral 2025-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında Elmi Seminar keçirildi. Kafedranın dosenti Akif Əlirza oğlu Hüseynov  “UNİVERSİTETLƏRDƏ İNSAN BAŞININ  AKVARELLƏ TƏSVİR EDİLMƏSİ ZAMANI HƏLL OLAN TƏDRİS MƏSƏLƏLƏRİ” mövzusu ilə çıxış etmişdir.

Elmi seminarda Təsviri incəsənət  kafedrasının professor – müəllim heyəti  iştirak edirdi.

Seminarda dosent Akif Hüseynov  əyani vəsaitlərdən, yeni texniki təlim vasitələrindən  istifadə  etməklə seminar mövzusu haqqında geniş məlumat verdi. Seminar hamının marağına səbəb oldu.

Daha  sonra  Akif Hüseynov  müəllimlərin suallarına cavab verdi.

Məruzə ətrafında prof.Ş.M.Məmmədov., b/m.E.Q.Rəsulova., b/m.Ə.P.Məhərrəmov çıxılş etdilər.