Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün işçi qrupun növbəti  iclası kecirildi.

Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün işçi qrupun növbəti  iclası kecirildi.

19 mart 2025-ci ildə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün işçi qrupun növbəti iclası kecirildi.

İclasın gündəliyində bir məsələ nəzərdə tutulmuşdu.

Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün işçi qrupun hazırladığı iş planının müzakirəsi və təsdiqi.

İclasın sədri, ÜTF və texnologiya kafedrasının müdiri, dosent Elçin Məhəmməd oğlu Cavadov çıxış edərək bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçünyaradılmış işçi qrup tərəfindən iş planı layihəsi hazırlanmışdır.

Hazırlanan bu iş planı,  müzakirəyə çıxarılaraq təsdiq olunmalıdır. Daha sonra, sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılması nəzərdə tutulur. Razılaşdırıldıqdan sonra rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılmış Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının sədrinə təsdiqə göndərilməsi planlaşdırılır.

Bundan sonra işçi qrupun  üzvlərindən Mehdiyev Eldar Musa oğlu çıxış edərək, işçi qrupun səmərəli fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri informasiyaları üzvlərlə bölüşdü.

İşçi qrupun üzvlərindən Kazımova Günay Salman qızı, Kəsəmənli Xəyalə Hamlet qızı, Əliyev Yadigar Vəli oğlu, Cəlilova Türkan Müzadil qızı  çıxış edərək öz təkliflərini bildirdilər.

İş planının müzakirəsi zamanı qeyd edilən təklif və düzəlişlər nəzərə alınaraq yekun versiyaya əlavə olundu. Hazırlanan və təkliflərlə zənginləşdirilən iş planı işçi qrup tərəfindən yekunlaşdırılaraq təsdiq olundu.