II kurs  “Texnologiya müəllimliyi” ixtisasında  “Metalkəsən dəzgahların təsnifatı.  Torna dəzgahlarının növləri və tətbiq sahələri” mövzusunda açıq dərsi keçirildi.

01.04.2025-ci il tarixdə dosent Əhədova Gülçimən Rasim qızının açıq dərsi keçirildi.

01 aprel 2025 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının dosenti Əhədova Gülçimən Rasim qızının  II kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Materialların kəsilməsi, dəzgah və alətlər”  fənnindən mühazirə  açıq dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu   “Metalkəsən dəzgahların təsnifatı.  Torna dəzgahlarının növləri və tətbiq sahələri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Elxan İsmayılov.,  GDU rektorluğunun nümayəndəsi dos. Yahya Namazov., ÜTF və texnologiya kafedrasının müdiri, dos. Elçin Cavadov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən:  dosent əvəzi Mətanət Sadıxova.,  b/m. t.f.d. Təranə Verdiyeva., müəl. İradə Seyidova., müəl. Afət Məmmədzadə., müəl. Samirə Əhmədova iştirak etmişdir.

Dos.Əhədova Gülçimən   açıq dərsin gedişində  əyani vasitələrdən, slayddan,  müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş   qiymətləndirildi.