








07 aprel 2025-ci il tarixdə Fizika kafedrasında növbəti iclas keçirildi.
İclasın gündəliyində əsas məsələlərdən biri Azərbaycan müəllimi qəzetinin 15 fevral 2025-ci il tarixli №06(9112) sayında dərc olunmuş elana əsasən Fizika kafedrasında boş olan 2 nəfər baş müəllim və 1 nəfər 0,5 ştat müəllim yerini tutmaq üçün verilmiş ərizələr müzakirə edildi.
Kafedra müdiri dos. Yahya Namazov hər 3 namizəd haqqında məlumat verdi. Kafedranın professor – müəllim heyəti ərizə ilə müraciət etmiş müəllimlər haqqında fikir bildirdilər. Onlara boş olan yerləri tutmağa layiq olduqlarını bildirdilər.