I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Rəsm” fənnindən açıq dərs keçirildi.

10 aprel   2025- ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının müəllimi Səfərova Anna Elxan qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I1 kursunda “Rəsm” fənnindən “Ton, material və formaca müxtəlif məişəöt əşyalarından ibarət natürmort rəsmi (Buraxılmış səhvlər üzərində düzəliş) ” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Məmmədov və professor müəllim heyəti üzvlərindən müəl.Aybəniz Məmmədova, müəl. Fatimə Vahidova iştirak  edirdilər.

müəl. Anna Səfərovanın keçdiyi açıq dərsin təşkilatı hissəsi normal idi. Yeni mövzunun izahı zamanı müəllim natura üzərində geniş şərh verdi. Mövzuya aid slayd var idi. Müasir dərsə verilən tələblərə uyğun olaraq təlimin texniki vasitələrindən və kompyuterdən yerində istifadə etdi ki, bu da dərsin keyfiyyətinin yüksəldilməsinə xidmət edirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.