I kurs “Fizika müəllimliyi”  ixtisasında “Fizikadan əsas anlayışlar və onun tədrisi” fənnindən  açıq dərs keçirildi.

29 aprel 2025-ci il tarixdə GDU –nun  Fizika və texniki fənlər fakültəsində I kurs “Fizika müəllimliyi”  ixtisasında Fizika kafedrasının b/müəllimi Mövsümova İlhamə Möhkəm qızının  “Fizikadan əsas anlayışlar və onun tədrisi” fənnindən  “Maqnit sahəsi, maqnit induksiyası, maqnit seli, maqnit sahəsinin intensivliyi, Amper qüvvəsi, Lorens qüvvəsi, induktivlik, transformatorlar, dəyişən cərəyan anlayışlarının formalaşdırılması və  tədrisi metodikası” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, GDU rektorluğun nümayəndəsi, dos. Cəfər İbrahimov., GDU rektorluğun nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.Yahya Namazov.,  kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Zakir Zeynalov., dos.Rasim Hüseynov., f.f.d. b/m. Sevinc İmanova ., f.f.d.b/m..Nuranə Verdiyeva., b/m. Rəşad Abbasov., müəl. Tünzalə Tahirova iştirak edirdilər.

b/m. İlhamə Mövsümova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı yüksək pedaqoji  ustalıqla tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı. Bu zaman  tələbələri aktiv şəkildə  mövzunun izahına  cəlb edirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.