





05 may 2025-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının b/müəllimi, texnika üzrə fəlsəfə doktoru Məmmədova Südabə Oktay qızının “Orta məktəbdə fizikanın tədrisinin metodoloji əsasları” fənnindən “Müasir təlimin komponentləri və mərhələlərinin metodoloji əsasları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, GDU rektorluğun nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.Yahya Namazov., kafedranın professor – müəllim heyəti üzvlərindən f.f.d.b/m..Nuranə Verdiyeva iştirak edirdilər.
b/m. Südavə Məmmədova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı yüksək pedaqoji ustalıqla tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı. Bu zaman tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.