Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar

30 aprel 2025-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar keçirildi. Kafedranın b/müəllimi Kazımova Səriyyə Eyvaz qızının “Təsviri incəsənət dərslərində şagirdlərin ekoloji tərbiyəsinin formalaşdırılması” mövzusu ilə çıxış etmişdir.

Elmi seminarda Təsviri incəsənət  kafedrasının professor – müəllim heyəti  iştirak edirdi.

Seminarda b/müəllim Səriyyə Kazımova proyektordan   istifadə  etməklə slayd hazırlamış və seminar mövzusunun haqqında geniş məlumatlar verdi. Movzu aktual movzu idi. Movzuda ilk dəfə olaraq təsviri incəsənət dərslərində müəllimlərin ekoloji tərbiyə ilə bagli yeni yanasmaları öz əksini tapmışdı.

Məruzə ətrafında kafedra müəllimləri öz fikirlərini bildirərək çıxılş etdilər.