III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Ümumi fizika-2” fənnindən“Difraksiya qəfəsi  vasitəsilə  işığın dalğa uzunluğunun təyini” mövzusunda  açıq dərs keçirildi.

23 may 2025-ci il tarixdə GDU –nun  Fizika və texniki fənlər fakültəsində III kurs “Texnologiya müəllimliyi”  ixtisasında Fizika kafedrasının b/müəllimi, fizika üzrə fəlsəfə doktoru Həmzəyeva Aysel Yunis qızının   “Ümumi fizika-2” fənnindən  “Difraksiya qəfəsi  vasitəsilə  işığın dalğa uzunluğunun təyini” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, GDU rektorluğun nümayəndəsi, dos.Cəfər İbrahimov iştirak edirdilər.

b/m. Aysel Həmzəyeva dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı yüksək pedaqoji  ustalıqla tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı. Bu zaman  tələbələri aktiv şəkildə  mövzunun izahına  cəlb edirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.