Fizika kafedrasında növbəti Elmi – Seminar

Gəncə Dövlət Universiteti PHŞ-ın Fizika kafedrasında 17 iyun 2025 tarixində “Kompozit materiallarının alınması texnologiyası və elektronikada bəzi tətbiqləri” mövzusunda elmi seminar keçirildi.  Elmi seminarı fizika kafedrasının müdiri dos. Y. Namazov açıq elan etdi.  Mövzu üzrə fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Sevinc  İmanova və baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Aysel Həmzəyeva texniki vasitələrin köməyi ilə, təqdimatlarla çıxış etdilər.

Sonda Fizika kafedrasının müdiri dos. Y. Namazov çıxış edərək, kompozit materiallarının parametrlərinin idarə edilə bilən olduğu üçün bu  materialların praktik əhəmiyyətinin üstünlüklərindən danışdı və məruzəçilərə gələcək işlərində uğurlar arzuladı.

Elmi konfrans mövzu ətrafında maraqlı müzakirələrlə yadda qaldı