


01 dekabr 2025- ci il tarixdə “ÜTF və texnologiya kafedrasının” baş müəllimi Məmmədov Elçin Misir oğlunun I kurs “Maşın mühəndisliyi” ixtisasında “Tərsimi həndəsə və mühəndis qrafikası” fənnindən “Nöqtələrin həndəsi yerləri” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. Gülçiməmn Əhədova., müəl.Samirə Əhmədova., müəl.Elgün Həsənova iştirak edirdilər.
müəl. Elçin Məmmədov dərs prosesində yeni mövzunun izahı zamanı əyanilik prinsipinə və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.