







22 dekabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Fizika kafedrasında “Dünyanın enerji təminatında hidrogen energetikasının rolu və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Fizika və texniki fənlər fakultəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor M.S. Quliyev, Fizika kafedrasının müdiri, tex.f.d., dosent Y.B.Namazov və kafedranın professor – müəllim heyəti,tədris köməkçi heyəti və tələbələr iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan kafedra müdiri dos.Y.B. Namazov fürsətdən istifadə edərək kafedraya yeni alınmış tədris laboratoriya avandanlıqlarından və kafedranın nəzdində yaradılmış “Yarımkeçiricilər fizikası” elmi-tədqiqat laboratoriyasından danışmışdır. Universitetin elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində aparılmış işlərə görə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibova kafedra əməkdaşları adından böyük minnətdarlığını bildirmişdir. O, seminarın əhəmiyyətindən danışaraq seminar mövzusunun müasir elmin çağırışlara cavab verdiyini qeyd etmiş, hidrogen energetikasının gələcəkdə dünyanın enerji təminatında böyük rol oynayacağı və hazırda onun inkişaf perspektivlərindən danışmışdır.
Kafedranın dosenti Niyazi Quliyev “Dünyanın enerji təminatında hidrogen energetikasının rolu və inkişaf perspektivləri” mövzusunda çıxış edərək, sürətlə inkişaf edən iqtisadiyyatla yanaşı qlobal texnologiyaların yaranmasının və inkişafının enerjiyə olan tələbatın kəskin artırmasından damışmışdır. Bu isə gələcəyin energetikasının fundamentini indidən qoymağı tələb etdiyini , hazırda hidrogen energetikası bu tələbatı ödəməyə ən qabaqcıl namizəd olduğunu vurğulamışdır. Məruzəçi hidrogen energetikasını mahiyyətindən, iş prinsipindən danışmış, digər enerji mənbələri ilə müqayisədə üstünlüklərini , prosesin effektivliyini faktlarla əsaslandırılmışdır.
Hidrogen yanacağının alınması üçün süni fotosintezin, suyun günəş işığının təsiri ilə fotokatalitik parçalanması sahələrində aparılan tədqiqatların ən perspektivli istiqamət olduğunu diqqətə çatdırılmış, Siemens Energy kompaniyasının bu istiqamətdə innovativ texnologiyalarından danışılmışdır. Məruzə ətrafında dos. Y. B. Namazov, dos. R.M. İmanov, dos. S.P. İsgəndərova, dos. V.C. Rüstəmov çıxış etmişlər.