


Təsviri İncəsənət Kafedrasının Yaradıcı Nümayəndələrinin Əsərləri
“Dünya Sülh Rəssamları” kataloqunda Təsviri İncəsənət kafedrasının tanınmış professor-müəllim heyətinin yaradıcılıq nümunələri də geniş şəkildə təmsil olunmuşdur. Nəşrdə professor Şaiq Məmmədovun, dosent Akif Hüseynovun, baş müəllimlər Emiliya Həsənovanın, Səriyyə Kazımovanın, Xəyala Musayevanın, eləcə də mərhum Əbülfət Məhərrəmovun əl işləri yer almışdır.
Bu əsərlər müasir təsviri sənətin estetik və ideya xüsusiyyətlərini, milli-mədəni dəyərləri, eyni zamanda sülh, humanizm və mədəni həmrəylik ideyalarını əks etdirən nümunələr kimi kataloqun məzmununu zənginləşdirir.
Kataloqun təqdimat mərasimində fakültə dekanı, professor Muğan Quliyev və kafedra müdiri, dosent Mərdan Məmmədov çıxış edərək nəşrin əhəmiyyətini vurğulamış, müəlliflərə və layihə iştirakçılarına gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışlar.
TƏBRİKLƏR!!!